Logo
news content
User
Kateqoriyalar

Xəbər

“Aİ-95” əvəzinə “Aİ-92” tökənlərin nəzərinə - 5 min ziyan...

"Aİ-95" markalı benzinin qiyməti bahalaşması bəzi sürücülərin cibinə əməlli-başlı təsir edib. Belə ki, son vaxtlar bəziləri avtomobili premium markalı benzin üçün nəzərdə tutulsa da, daha aşağı keyfiyyətli yanacaq alırlar. Bunu maddi imkanla əlaqələndirirlər.

Ancaq sürücülərin bu cür qənaət üsulu onların daha çox pul xərcləmələrinə səbəb ola bilər. Belə ki, avtomobil ustaları deyir ki, həmin nəqliyyat vasitələrinə"Aİ-92" markalı benzin tökdükdən bir qədər sonra ciddi problemlər ortaya çıxır.

Ustaların fikrincə,belə qənaət üsulu həm də nəqliyyat vasitəsinin mühərrikinin gücünə təsir edir. Sonradan isə bu problemi aradan qaldırmaq üçün müəyyən qatqılardan istifadə olunur ki, bəzən həmin məhlullar da işə yaramır.

Ustaların sözlərinə görə, "Aİ-95" markalı benzini "Aİ-92" ilə əvəz etmək avtomobil sahibini hətta 2 min manatdan 5 min manatadək xərcə də sala bilər.