Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ağdamda ekskavator minaya düşüb

Ağdam rayonunda yol tikintisi zamanı mina partlayışı olub.

Hadisə Xaçınçay ərazisində baş verib.

Ekskavatorun tank əleyhinə minaya düşməsi nəticəsində Sumqayıt şəhər sakini, 1972-ci il təvəllüdlü Ağayev Zəfər Yunis oğlu müxtəlif dərəcəli xəsarətlər alıb. Z.Ağayev Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, vəziyyəti sabitdir.

Bildirilib ki, yaralının üz nayihəsində şüşə qırıntılarının yaratdığı xəsarətlər var. O, partlayış zamanı ekskavatorun kabinəsində olduğundan ağır xəsarətlər almayıb.