Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ağ Ev Rusiyaya qarşı yeni sanksiyaların tətbiqindən imtinanın səbəbini açıqlayıb

ABŞ-nin hazırkı mərhələdə Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməsi Rusiya-Ukrayna münaqişəsinin həlli istiqamətindəki səylərə mane ola bilər.

Bu barədə Ağ Evin rəsmi nümayəndəsi Teylor Rocers yeni qanunda nəzərdə tutulan anti-Rusiya tədbirlərinin tətbiqi ehtimalını şərh edərkən bildirib.

Onun sözlərinə görə, sanksiya müddəalarının hazırda qüvvəyə minməsi ABŞ-nin Rusiya ilə Ukrayna arasında davamlı və hərtərəfli sülh sazişinə nail olmaq üçün apardığı danışıqlara maneə yarada bilər.

"Prezident bu tədbirlərin ABŞ-nin milli maraqlarına uyğun olduğunu hesab edərsə, onları istənilən vaxt tətbiq etmək imkanını saxlayır", - Rocers qeyd edib.

Teylor Rocers əlavə edib ki, ABŞ Prezidenti Donald Tramp Rusiya-Ukrayna münaqişəsinə son qoymaq istədiyini dəfələrlə bəyan edib: "Yeni qanun ABŞ prezidentinə danışıqlar davam etdikcə sülh yolu ilə nizamlanmaya nail olmaq üçün istifadə edə biləcəyi əlavə səlahiyyətlər verir".