Logo
news content
User
Kateqoriyalar

Xəbər

İran parlamenti yeni müdafiə nazirini təsdiqləyib

İran parlamenti Mehrdad Əxlaqi Kitabçinin müdafiə naziri vəzifəsinə namizədliyini təsdiqləyib.

İranın “Tasnim” agentliyi xəbər verir ki, parlamentdə keçirilən etimad səsverməsində 237 deputat onun namizədliyini dəstəkləyib.

Beləliklə, Mehrdad Əxlaqi Kitabçi İranın yeni müdafiə naziri olub.

Qeyd edək ki, onun namizədliyini parlamentə Prezident Məsud Pezeşkian təqdim edib.

Əxlaqi Kitabçi bundan əvvəl İranın müdafiə sənayesi və aerokosmik sahəsində rəhbər vəzifələrdə çalışıb.

İranın əvvəlki müdafiə naziri Əziz Nəsirzadə fevral ayında ABŞ və İsrailin zərbələri nəticəsində həyatını itirib. Bundan sonra nazir vəzifəsini müvəqqəti olaraq Məcid ibn əl-Rza icra edib.