Ağ Ev Putini ABŞ-dakı seçkilərə müdaxilə etməməyə çağırıb
06 Sentyabr 2024
Cümə axşamı Ağ Ev Rusiya prezidenti Vladimir Putinə kəskin cavab verərək onu ABŞ-da prezident seçkilərinə müdaxilə etməməyə çağırıb.
"Putin bizim seçkilərdən danışmağa son qoymalıdır və nöqtə... ABŞ-ın növbəti prezidentinin kim olacağını müəyyən edəcək yeganə xalq Amerika xalqıdır", - ABŞ Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Con Kirbi jurnalistlərə bildirib, Turan-ın Vaşinqton müxbiri məlumat verib.
Kirbi Putinin Şərq İqtisadi Forumu zamanı verdiyi son bəyanatı cavablayıb. Belə ki, Putin deyib ki, növbəti prezident seçkilərində Kamala Harrisin qalib gəlməsini istəyir, çünki onun "mənalı və yoluxucu gülüşü var".
"Cənab Putin bizim seçkilərimiz haqqında danışmağa son qoysa və onlara müdaxilə etməyi dayandırsa, çox minnətdar olarıq",- Kirbi deyib.