Logo
news content
User
Kateqoriyalar

Xəbər

Adi faşizm: Rusiya Mariupolu yer üzündən silir - növbə haranındır?

Ukraynada martın 1-dən etibarən Rusiya ordusunun mühasirəsində olan Azov şəhəri yer üzündən silinir. Müharibədən əvvəl 400 minə yaxın sakini olan bu şəhərdə bombardmanlar və artilleriya-raket zərbələri nəticəsində ölən dinc sakinlərin sayı 2500-i keçib. Şəhərdə salamat bina demək olar qalmayıb və humanitar fəlakət yaşanır. Çünki Rusiya qoşunları nə dinc sakinlərin şəhəri tərk etməsinə, nə də şəhərə humanitar yardım karvanının daxil olmasına imkan vermir.

 This video grab from a handout footage taken and released by the the National Police of Ukraine on March 9, 2022, shows a damaged building of a children's hospital, destroyed cars and debris on ground following a Russian air strike in the southeastern city of Mariupol. - International leaders and Ukraine accused Russia of a

Ukrayna prezidenti Ofisinin nümayəndəsi Aleksey Arestoviç bu gün, martın 14-də, keçirdiyi brifinqdə bildirib ki, şəhərdə olduqca mürəkkəb, fəlakətli vəziyyət yaranıb və işğalçılar Mariupolu sadəcə olaraq yer üzündən silir.

“Ruslar şəhəri sadəcə olaraq yer üzündən silir. Bizim hərbçilərimiz uğurlar əldə ediblər, dünən onlar zirehli tank qruplaşmasının şəhərə daxil olmaq cəhdinin qarşısını növbəti dəfə alıblar, əsirlər götürüblər. Lakin məsələ bundadır ki, ruslar sadəcə olaraq şəhəri yer üzündən silir. 2500-dən çox öldürülən var, bu hələ rəsmi məlumatdır. Və bu fəlakətdir və dünya hələ də öz adekvat qiymətini verməyib”,-Arestoviç bildirib.



Prezident Ofisinin nümayəndəsi qeyd edib ki, dövlət başçısı Volodimir Zelenskinin son üç gündür gündəmində əsas yeri Mariupol tutur. Prezident şəhərə və onun əhalisinə qarşı törədilən bu aşkar vəhşiliklə bağlı beynəlxalq ictimaiyyəti, xarici ölkə rəhbərlərini səfərbər etməyə çalışır.