Logo
news content
User
Kateqoriyalar

Xəbər

Aclıqdan ölən anasının qəbri üzərinə yemək qoyur... - Foto

Rusiyanın Ukraynaya qarşı fevralın 24-ü başlatdığı müharibə davam edir. Müharibə nəticəsində çox sayda uşaq valideynlərinin birini və ya hər ikisini itirib.

Bu uşaqlardan biri də Kiyev vilayətində yaşayan 6 yaşlı bir oğlandır. Sözügedən uşağın fotolarını ukraynalı jurnalist Anastasiya Lapatina öz tviter hesabında paylaşıb.

Görüntülərdən azyaşlı uşağın həyətlərində dəfn olunan anasının qəbri kənarında dayandığını görmək mümkündür. Qadının aclıq səbəbindən dünyasını dəyişdiyi bildirilir. 6 yaşlı uşaq indi anasının qəbri üzərinə konserv qutuları, meyvə şirəsi gətirib qoyur.

Azyaşlının bu fotoları dünya üzrə sosial şəbəkələrdə müzakirələrə səbəb olub.