ABŞ vitse-prezidentinin Azərbaycan və Ermənistana səfərinin təxmini tarixi məlum olub
05 Fevral 2026
ABŞ vitse-prezidenti Cey Di Vens İtaliyada 2026-cı il Qış Olimpiya Oyunlarının açılışından sonra Azərbaycan və Ermənistana səfər edəcək.
Bu barədə AP agentliyi məlumat yayıb.
ABŞ Dövlət Departamentinin məlumatına görə, bu ölkənin nümayəndə heyəti fevralın 4-7-də İtaliyaya səfər edəcək.
Nümayəndə heyətinin tərkibinə ABŞ Dövlət katibi Mark Rubio da daxil olacaq.
Qeyd edək ki, 2026-cı il Qış Olimpiya Oyunlarının açılış mərasimi fevralın 6-da start götürəcək.