Logo
news content
User
Kateqoriyalar

Xəbər

ABŞ və Fransadan sinxron xəbərdarlıq: Ermənistanın bu ərazisinə getməyin - FOTO

ABŞ-ın Ermənistandakı səfirliyi öz vətəndaşlarını bu ölkənin Azərbaycanla sərhəd rayonlarına getməməyə çağırıb.

Ötən gün Fransanın Ermənistandakı səfirliyi də analoji xəbərdarlıqla çıxış edib.

Maraqlıdır ki, Fransa tərəfi Ermənistan ərazisinin xəritəsini belə, dərc edib. Xəritədı narıncı rənglə xüsusi ehtiyac olmadan getmək gərək olmadığı, qırmızı rənglə isə heç bir halda getmək lazım olmadığı ərazi göstərilib.

Onu da qeyd edək ki, qırmızı rənglə göstərilən ərazi müxtəlif mənbələrdə göstərilən və guya ki, Azərbaycanın tutmağa hazırlaşdığı ərazidir.