Logo
news content
User
Kateqoriyalar

Xəbər

ABŞ Ukraynaya əlavə dörd HIMARS göndərəcək

ABŞ 625 milyon dollarlıq yeni hərbi yardım paketinə Ukraynaya daha dörd HIMARS reaktiv yaylım atəşi sisteminin tədarükünü daxil edəcək.

Bu barədə “Bloomberg” mənbələrə istinadən yazıb.

“Reuters” agentliyi isə xəbər verir ki, elan ediləcək yeni hərbi yardım paketinə HIMARS-dan əlavə döyüş sursatı, minalar və mina əleyhinə maşınlar daxil ediləcək.

HIMARS yüksək mobil artilleriya raket atəş sistemidir. Sistem 227 mm-lik GPS ilə idarəolunan raketlər və ya bir ATACMS ballistik raket buraxa bilir. Modifikasiyadan asılı olaraq 300 km-ə qədər məsafədəki hədəfləri vurur.

Qeyd edək ki, ABŞ-ın Ukraynaya ümumi yardımı Cozef Baydenin prezidentliyi başlayandan bəri 6,9 milyard dollara çatıb.