Logo
news content
User
Kateqoriyalar

Xəbər

ABŞ Ukraynaya 250 milyon dollarlıq növbəti hərbi yardım ayırır

ABŞ hökuməti Ukraynaya 250 milyon dollar dəyərində hərbi yardım tranşının ayrıldığını elan edib.

Bu barədə “İnterfaks” Pentaqondan təqdim olunan açıqlamaya istinadən məlumat yayıb.

Məlumatda bildirilir ki, Ukraynaya verilən silahlar ölkənin ən təcili ehtiyaclarını ödəmək üçün nəzərdə tutulub.

“O cümlədən, hava hücumundan müdafiə raketləri, reaktiv yaylım atəşi sistemləri və top artilleriyası üçün döyüş sursatları, zirehli texnika və tank əleyhinə silahlar veriləcək”, - məlumatda deyilir.

Pentaqondan bildirilib ki, söhbət yeni silahların alınmasından yox, ABŞ hərbi anbarlarında saxlanılan silahların verilməsindən gedir.

Yardım paketinə “M113” zirehli transportyorları, “Bradley” piyadaların döyüş maşınları, mina əleyhinə gücləndirilmiş təkərli zirehli maşınlar, HIMARS reaktiv yaylım atəşi sistemi üçün raketlər, top artilleriyası üçün 155 və 105 mm-lik mərmilər daxildir.

Pentaqon həmçinin “Stinger” daşınan zenit-raket sistemi üçün raketlər, TOW tank əleyhinə raket kompleksi, AT4 tank əleyhinə qumbaraatan, “Javelin” tank əleyhinə raket kompleksi, “RIM-7” zenit raketləri və patrul katerlərinin Ukrayna tərəfinə veriləcəyini bəyan edib.