Logo
news content
User
Kateqoriyalar

Xəbər

ABŞ Ukraynanın Kursk əməliyyatında iştirak etmir

Çərşənbə axşamı Birləşmiş Ştatlar Ukrananın Rusiyanın Kursk bölgəsinə hazırkı hücumunda iştirak etmədiyini bəyan edib.

"Biz bu əməliyyatın planlaşdırılmasına və ya hazırlanmasına cəlb edilməmişik", deyə Dövlət Departamentinin mətbuat katibinin köməkçisi Vedant Patel brifinqdə Turan-ın suallarına cavabda bildirib.

"Ukrayna hərbiçiləri öz əməliyyatları haqqında özləri danışırlar, bizim rolumuz isə Ukraynanın özünü müdafiə etməsinə kömək etməkdən və onları bunun üçün zəruri olan hər şeylə təmin etməkdən ibarətdir", deyə o qeyd edib.

"Ümumiyyətlə bizim sizinlə bu mövzuda danışmağımızın yeganə səbəbi odur ki, Ukraynada müharibə aparan yeganə ölkə Rusiyadır", deyə o bildirib.

"Prezident Putin Ukraynaya hücum edən şəxsdir və Ukrayna özünü bu təcavüzdən müdafiə edir", deyə Patel vurğulayıb.