Logo
news content
User
Kateqoriyalar

Xəbər

ABŞ SSRİ-dən aldığı silahları Ukraynaya verəcək

ABŞ "onilliklər əvvəl" gizli şəkildə aldığı sovet istehsalı olan hava hücumundan müdafiə vasitələrinin bir hissəsini Ukrayna qoşunlarına təhvil verir. Bu barədə "Wall Street Journal" yazır.

Nəşrin məlumatına görə, onların arasında “Osa” zenit-raket kompleksi də var. Həmçinin qeyd edilir ki, amerikalılar Belarusdan vaxtında aldığı S-300 sistemini Ukraynaya göndərməyi planlaşdırmır.

Nəşr bildirir ki, ABŞ Sovet İttifaqının özünün istifadə etdiyi və başqa ölkələrə satdığı hava hücumundan müdafiə sistemlərini informasiya məqsədləri üçün əldə edirdi.