ABŞ seçkiyə gedir - Qüvvələr nisbəti necədir?
08 Sentyabr 2022
Noyabrın 8-i ABŞ Konqresinə seçkilər keçiriləcək: 435 nəfərlik alt qanadın – Nümayəndələr Palatasının bütünlüklə yenilənməsi, 100 nəfərlik yuxarı palatanın – Senatın 34 üzvünün seçilməsi gözlənir.
İndi Nümayəndələr Palatasında Demokratlar Partiyasının 219, Respublikaçılar Partiyasının 211 mandatı var. 5 yer boşdur.
Senatda respublikaçılar 50, demokratlar 48 nəfərlə təmsil olunur. 2 senator partiyasızdır.
ABŞ-da prezident postunu Demokratlar Partiyasından Cozef Bayden tutur. O, 2021-ci il yanvarın 20-dən kürsüdədir.
ABŞ 50 ştat və 1 federal dairədən ibarətdir. Nümayəndələr Palatasında ştatların təmsilçiliyi əhalinin sayına bağlıdır. Senata hər ştatdan 2 nəfər seçilir. Vitse-prezident Senatın üzvü və sədri sayılır, ancaq səsverməyə yalnız səslər tən bölünən hallarda qatıla bilir.
Paytaxt Vaşinqtonun yerləşdiyi Kolumbiya dairəsinin Konqresdə təmsilçiliyi yoxdur.