Logo
news content
User
Kateqoriyalar

Xəbər

ABŞ prezidenti: Heç kim Türkiyəyə "F-35" tədarük etməyə mane ola bilməz

Türkiyə - Birləşmiş Ştatların sadiq müttəfiqidir və heç kim ABŞ-yə bu ölkəyə "F-35" qırıcılarını tədarük etməyə mane ola bilməz.

ABŞ mediası xəbər verir ki, bu barədə ölkə Prezidenti Donald Tramp, İsrailin Baş naziri Benyamin Netanyahunun bu məsələyə qarşı çıxması ilə bağlı sualı şərh edərkən bildirib.

"Türkiyə - çox qüdrətli ölkədir. Möhtəşəmdir, çox böyük silahlı qüvvələrə malikdir. Onların silahlı qüvvələrində əla texnikalar var. Nəyi satıb-satmayacağımız barədə heç kim mənə göstəriş verməyəcək", - D.Tramp qeyd edib.