Logo
news content
User
Kateqoriyalar

Xəbər

ABŞ prezidenti Bayden: “Mən zarafat etmirəm”

ABŞ prezidenti Bayden rusların Ukraynada “Xəncər” hipersəs raketləri tətbiq etməsini “divara qısnanmış Putinin sərt hərəkəti” adlandırıb. CNN kanalı Baydenin Rusiya haqqında sözlərinə istinad edir:

“Onlar hipərses raket buraxıblar, çünki əllərindən bundan yaxşısı gəlmir. Bildiyiniz kimi, bu silah da digər istənilən raketlə eyni başlığa malikdir. Fərq bundadır ki, onu, demək olar, saxlamaq mümkün deyil. Səbəb var ki, bunu tətbiq ediblər”.

Bayden deyib ki, Putinin kürəyi möhkəmliyini təsəvvür etmədiyi bir “divara dirənib” və nə qədər bərk dirənsə, bir o qədər aqressiv taktikaya əl ata bilər.

ABŞ rəhbəri Ukraynaya və bölgəyə göndərilən hərbi yardımdan da danışıb. Onun sözlərinə görə, Ukrayna “Rusiya hərbçiləri, onların tankları, helikopterləri və təyyarələri üçün xaos yarada biləcək” silah dəstləri alıb. O, dünyaya xəbərdarlığını bir daha təkrar edib və bildirib ki, Rusiyanın “saxta bayraqlar altında əməliyyat” keçirəcəyi ehtimalı var, Putinin Ukraynada kimyəvi silahdan istifadə etməsi ehtimalı da buraya daxildir.

“O, NATO-nun, Ukraynanın ya Birləşmiş Ştatların guya nəsə etmək istədiyi barədə danışırsa, deməli, özü bunu etməyə hazırlaşır. Mən zarafat etmirəm”, - Bayden söyləyib.