Logo
news content
User
Kateqoriyalar

Xəbər

ABŞ ordusu öldürülən terrorçu üçün başsağlığı verdi – FOTO

ABŞ Silahlı Qüvvələri Suriyada terror təşkilatı PKK/YPG-nin üzvü olan terrorçunun ölümü ilə bağlı başsağlığı mesajı yayımlayıb.

Qalmaqallı paylaşım ABŞ Mərkəzi Komandanlığının (Centcom) rəsmi “Twitter” hesabında yer alıb.

Paylaşımda iyulun 22-də Qamışlıda öldürülən üç terrorçudan biri olan “Ciyan Afrin” kod adlı Salva Yuşukun fotosu da təqdim edilib.

“ABŞ Mərkəzi Komandanlığı Suriya Demokratik Qüvvələrinin bu üç döyüşçüsünün ailələrinə, Şimal-Şərqi Suriya əhalisinə və SDQ tərəfdaşlarımıza başsağlığı verir”, - deyə paylaşımda qeyd olunub.

ABŞ Mərkəzi Komandanlığının paylaşımında həmçinin terrorçunun Suriyada İŞİD-ə qarşı mübarizədə mühüm rol oynadığı bildirilib.