Logo
news content
User
Kateqoriyalar

Xəbər

“ABŞ nüvə silahlarını Polşada yerləşdirə bilər” - Yaroslav Kaçinski

“Varşava öz ərazisində ABŞ-ın nüvə silahlarına ev sahibliyi etməyə açıqdır”.

Bu barədə Polşanın baş nazirinin müavini Yaroslav Kaçinski Almaniyanın “Welt am Sonntag” qəzetinə müsahibəsində deyib.

"Əgər amerikalılar bizdən ABŞ-ın nüvə silahlarını Polşada saxlamağı xahiş etsəydilər, biz buna açıq olardıq. Hələlik ABŞ-ın nüvə silahlarının Polşada yerləşdirilməsi barədə söhbət getmir, lakin “bu, vəziyyətdən asılı olaraq tezliklə dəyişə bilər”.

Kaçinski əlavə edib ki, təşəbbüs Vaşinqtondan gəlməlidir.