Logo
news content
User
Kateqoriyalar

Xəbər

ABŞ Kabayevaya qarşı sanksiya tətbiq etdi

ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirir.

Bu barədə Birləşmiş Ştatların Maliyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, qurum keçmiş idmançı Alina Kabayevanı da sanksiyalar siyahısına əlavə edib.

Bütövlükdə, 13 fiziki və 30-dan çox hüquqi şəxsə qarşı məhdudiyyətlər tətbiq edilib.

Bundan əlavə, ABŞ Rusiyanın 893 məmur və hərbçisinə viza sanksiyaları tətbiq edib.

Bu barədə ABŞ dövlət katibi Entoni Blinkenin yaydığı bəyanatda deyilir.

Onların arasında Dmitri Pumpyanski, Andrey Melniçenko və Aleksandr Ponomarenkonun da adı var.

Həmçinin, ABŞ Rusiyanın texnologiya sektoru və müdafiə sənayesindən olan daha 24 müəssisəni "qara siyahıya" salıb.