Logo
news content
User
Kateqoriyalar

Xəbər

ABŞ İsrailə 19 milyard dollarlıq qırıcı təyyarə satacaq

ABŞ Dövlət Departamenti İsrailə 18,82 milyard dollar dəyərində F-15 qırıcı təyyarələri və müvafiq avadanlıqların mümkün satışını təsdiqləyib.

Bu barədə ABŞ Müdafiə Nazirliyinin Təhlükəsizlik Əməkdaşlıq Agentliyi məlumat yayıb.

Məlumata görə, təsdiq edilmiş müqavilə çərçivəsində təyyarə və avadanlıqların tədarükünə 2029-cu ildə başlanacağı gözlənilir.

Pentaqon iddia edir ki, İsrailə döyüş təyyarələrinin satışı bölgədəki hərbi qüvvələrin əsas balansını pozmayacaq.