ABŞ İranın iki diplomatını ölkədən çıxarıb
04 Oktyabr 2026
ABŞ hakimiyyəti BMT Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək üçün Nyu-Yorka gedən iki İran diplomatını ölkədən çıxarıb.
Bu barədə ABŞ rəsmisi "Axios"a bildirib.
Onun sözlərinə görə, diplomatlar ABŞ Dövlət Departamentinin İran nümayəndə heyətinin ölkəni tərk etməsi tələbindən sonra Nyu-Yorkda qalıblar.
"İran nümayəndə heyətinin daha iki üzvü BMT Baş Assambleyasının sessiyasının bitməsindən xeyli sonra Nyu-Yorkda aşkarlanıb. Onlar artıq ölkədən çıxarılıblar", - mənbə portala bildirib.
Diplomatlar ABŞ-ni şənbə günü tərk ediblər.