Logo
news content
User
Kateqoriyalar

Xəbər

Zelenski Rubio ilə Ukraynaya hərbi dəstəyi müzakirə edib

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Dövlət katibi Marko Rubio ilə telefon danışığı aparıb.

Bu barədə Zelenski “X” hesabında bildirib.

Telefon danışığı zamanı Ukraynanın müdafiə potensialı ilə bağlı bir sıra məsələlər müzakirə edilib.

Zelenskinin sözlərinə görə, ABŞ Dövlət katibi ilə Ukraynanın hava hücumundan müdafiəsi, ballistik raketlər barədə erkən xəbərdarlıq sistemi və Ukrayna ordusunun “Starlink” texnologiyasından istifadəsinə məhdudiyyətlərin aradan qaldırılması müzakirə edilib.

Tərəflər hər hansı yeniliklər barədə tezliklə yenidən əlaqə saxlamaq barədə razılaşıblar.

Zelenski Ukraynaya kömək etməyə hazır olduğuna görə Marko Rubioya təşəkkür edib.