Logo
news content
User
Kateqoriyalar

Xəbər

ABŞ İranın 42 hərbi gəmisini, İsrail isə Tehranda 16 təyyarəni məhv edib

Üç gün ərzində İran Hərbi Dəniz Qüvvələrinin 42 gəmisi məhv edilib.

Bu barədə ABŞ Prezidenti Donald Tramp Floridada çıxışı zamanı bildirib.

“Biz İranda çox yaxşı iş görmüşük. 42 döyüş gəmisini məhv etdik, bəziləri olduqca böyükdür. Biz onların Hərbi Hava Qüvvələrini, rabitə və telekommunikasiya vasitələrini məhv etdik və bütün telekommunikasiya əlaqələri kəsildi. Necə əlaqə quracaqlarını bilmirəm, amma bir yol tapacaqlarını düşünürəm”, - ABŞ Prezidenti qeyd edib.

İsrail Hərbi Hava Qüvvələri isə Tehranın Mehrabad hava limanında "Qüds" qüvvələrinin 16 təyyarəsini məhv edib.

Bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

Bəyanata görə, təyyarələr Livandakı Hizbullah təşkilatına silah təchizatı üçün istifadə olunub. Qeyd olunub ki, məhv edilən təyyarələrin içərisində silah və pul olub.

Belə ki, hava gəmiləri dəfələrlə Mehrabad hava limanından qalxıb və Hizbullah da daxil olmaqla, proksi qrupların ehtiyaclarını ödəmək üçün Yaxın Şərqin müxtəlif yerlərinə eniş edib.

Bundan əlavə, İsrail Hərbi Hava Qüvvələri üçün təhlükə yaradan İran qırıcılar sıradan çıxarılıb.