ABŞ İrana Rusiyaya raket göndərməməklə bağlı xəbərdarlıq edib
10 Sentyabr 2024
Bazar ertəsi ABŞ bildirib ki, ballistik raketlərin İrandan Rusiyaya verilməsinin mükünlüyü barədə xəbərlərdən "inanılmaz dərəcədə narahatdır" və əgər bu, doğrudursa, "dramatik eskalasiya" olacaq, çünki Qərb müttəfiqləri tədbirlər görməyə "hazırdır".
"İran ballistik raketlərinin Rusiyaya verilməsi Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsinə İranın dəstəyinin kəskin artması deməkdir. Biz və G7 tərəfdaşlarımız mühüm nəticələrə hazır olduğumuzu açıq şəkildə bildirdik", - Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel brifinq zamanıTuran-ın suallarını cavablandırarkən bildirib.
Bu addım bazar ertəsi səhər Avropa İttifaqı Tehranın Rusiyaya qısa mənzilli raketlər verməsilə bağlı "səhih" kəşfiyyat məlumatlarına malik olduğunu bildirdikdən sonra atılıb. Bir neçə KİV Fath-360 raketlərinin tədarükünü təsdiqləyən iranlı rəsmi şəxslərə istinad edib.
"İran prezidenti Pezeşkian açıq şəkildə bəyan edir ki, öx ölkəsinin iqtisadiyyatının yaxşılaşması onun xarici münasibətlərinin və İranın dünyadakı vəziyyətinin yaxşılaşmasından asılıdır. Ancaq raketlərin verilməsi beynəlxalq təhlükəsizliyi və beynəlxalq düzəni təhdid edir", - Patel deyib.
Bazar ertəsi Kiyev İran raketlərinin Moskvaya tədarükü ilə bağlı xəbərdarlıq edib və Qərbi Rusiya ərazisindəki raket anbarlarını bombalamağa icazə verməyə çağırıb.
“ABŞ Ukraynanın Rusiya ərazisində Amerika silahlarından istifadəsinə qoyulan məhdudiyyətləri aradan qaldırmağa hazırdırmı?” sualının cavabında Patel deyib ki, siyasətdə heç bir dəyişiklik baş verməyib.