ABŞ İrana qarşı ilk dəfə "B-1 Lancer" bombardmançısından istifadə edib
23 İyul 2026
ABŞ Silahlı Qüvvələri İrana qarşı zərbələrin bərpasından sonra ilk dəfə olaraq "B-1 Lancer" strateji bombardmançısından istifadə edib.
Bu barədə "Axios" portalı ABŞ administrasiyasındakı mənbələrə istinadən məlumat yayıb.
Qeyd olunub ki, "B-1" bombardmançısının ilk döyüş uçuşu ABŞ-ın İrana qarşı hərbi kampaniyasının genişləndirilməsinin göstəricisi hesab olunur.
Mənbələrin bildirdiyinə görə, strateji bombardmançının iştirakı ilə həyata keçirilən zərbə üçün Böyük Britaniyada yerləşən hərbi bazadan istifadə olunub.