Logo
news content
User
Kateqoriyalar

Xəbər

ABŞ İrana döyüş təyyarələrini göndərir

İranın Səudiyyə Ərəbistanına hücuma hazırlaşdığı haqqında yayılan xəbərlərdən sonra ABŞ-ın İrana döyüş təyyarələri göndərdiyi bildirilir.

Məlumata görə, ABŞ Mərkəzi Komandanlığına İranın ballistik raketləri və PUA-larının Səudiyyə Ərəbistanındakı hədəflərə gözlənilməz hücumları barədə xəbərdarlıq edilib. ABŞ-ın hərbi hava qüvvələrini artırmaq üçün İran körfəzində yerləşən təyyarələrin İrana doğru buraxılması qərara alınıb.

Təyyarələrin göndərilməsi ABŞ və Səudiyyə Ərəbistanı arasındakı tərəfdaşlığın güclü göstəricisi kimi qəbul olunur.