Logo
news content
User
Kateqoriyalar

Xəbər

ABŞ: İran Rusiyaya yüzlərlə PUA verməyə hazırlaşır

ABŞ hökuməti İranın Rusiyaya bir neçə yüz PUA verəcəyini ehtimal edir.

Bu barədə ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan mətbuat konfransında bildirib.

“Əldə etdiyimiz məlumata görə, İran tezliklə Rusiyaya bir neçə yüz PUA, o cümlədən silah daşıyan dronlar vermək istəyir. Məlumata görə İran həmçinin rusiyalı hərbçilərə PUA-lardan istifadə ilə bağlı təlim keçəcək. təlimin birinci mərhələsi iyulda başlayacaq” – deyə Sallivan əlavə edib.

“Lakin İranın indiyədək Rusiyaya belə PUA-ları verib-vermədiyi məlum deyil”, - deyə müşavir qeyd edib.