Logo
news content
User
Kateqoriyalar

Xəbər

ABŞ-ın Rusiyaya zərbələr endirmək icazəsi “cəbhədəki vəziyyətdən" asılıdır

Bazar ertəsi ABŞ bildirib ki, Ukraynaya Amerika silahlarından istifadə etməklə Rusiya ərazisinə dərin zərbələr endirmək icazəsi dəyişməz olaraq qalır və bu, döyüş meydanındakı vəziyyətdən asılı olacaq, TURANın Vaşinqton müxbiri xəbər verir.

Dövlət Departamentinin sözçüsü Metyu Miller brifinqdə TURANın sualını cavablandırarkən deyib: “Biz daim Ukrayna ordusunun ehtiyaclarını izləyirik, vəziyyəti qiymətləndiririk və onların ehtiyaclarına cavab verməyə çalışırıq”.

O cümlədən, sual Ukraynaya bu yaxınlarda gəlmiş F-16 qırıcılarının Rusiyaya 100 kilometrdən çox dərinlikdə zərbələr endirmək üçün istifadə imkanı ilə bağlı idi.

Prezident Zelenskinin NATO-ya Ukrayna ərazisi üzərində Rusiya raketlərini məhv etmək çağırışı ilə bağlı TURANın sualına cavab olaraq Miller deyib ki, bu kimi məsələlər NATO üzvləri arasında müzakirə edilməli və qərar kollektiv şəkildə qəbul edilməlidir.

Ötən gecə Ukraynanın hava hücumundan müdafiəsi iki “İsgəndər-M” ballistik raketini və iki Kh-59 qanadlı raketini və 15 hücum pilotsuz təyyarəsini vurub.