Logo
news content
User
Kateqoriyalar

Xəbər

ABŞ icazə verdi: Ukrayna bizim silahlarla Krımı da vura bilər

ABŞ-ın təhvil verdiyi HIMARS (ing. “High Mobility Artillery Rocket System” – Yüksək Mobilli Raket-Artilleriya Sistemi) reaktiv yaylım atəş sistemləri (RYAS) və onların sursatları Ukrayna hərbçilərinə Krım da daxil olmaqla hədəfləri vurmağa imkan verir.

Bu barədə “RBK-Ukraina” ABŞ müdafiə nazirinin Rusiya, Ukrayna və Avrasiya üzrə köməkçisinin müavini Laura Kuperin brifinqinə istinadən məlumat yayıb.

O xatırladıb ki, Krım Ukrayna ərazisidir: “Bizim hesablamalarımıza görə, yeni hərbi yardım paketində əlavə olaraq təqdim edəcəyimiz HIMARS-da olan GMLRS sistemləri ilə onlar döyüş meydanında Krım da daxil olmaqla, əksər hədəflərə çata bilirlər”.

Pentaqon onu da vurğulayıb ki, ABŞ Ukraynaya Qərb tanklarının yox, sovet tanklarının verilməsini daha məqsədəuyğun hesab edir.