Logo
news content
User
Kateqoriyalar

Xəbər

ABŞ hərbi təyyarəsi Norveçdə qəzaya uğradı

Göyərtəsində dörd nəfərin olduğu ABŞ hərbi təyyarəsi Norveçin şimalında qəzaya uğrayıb.

ABŞ Dəniz Piyadaları Korpusunun 2-ci Ekspedisiya Qüvvələrinin mətbuat xidməti məlumatı təsdiqləyib.

Norveç mülki hakimiyyət orqanları axtarış-xilasetmə əməliyyatı aparır.

Təyyarə NATO-nun “Soyuq cavab” təlimlərində iştirak edib.