Logo
news content
User
Kateqoriyalar

Xəbər

ABŞ Ermənistandakı vətəndaşlarına xəbərdarlıq edib - Təhlükə var

ABŞ-ın Ermənistandakı səfirliyi bu ölkədəki vətəndaşlarına təhlükəsizlik məqsədilə müəyyən ərazilərdən uzaq durmaqla bağlı xəbərdarlıq edib.

Bu barədə Ermənistan mətbuatı xəbər verir.

Məlumata görə, söhbət dünən gecə Fövqəladə Hallar Nazirliyinə partlayıcı qurğuların olması barədə məlumat daxil olan yerlərdən gedir. Bunlar “Zvartnots” hava limanı, İrəvan metrosunun bütün stansiyaları, habelə paytaxt meriyası və Ermənistan Respublikası Milli Məsclisinin binalarıdır.

ABŞ səfirliyi Amerika vətəndaşlarını məlumatlandırıb ki, təcili yardım xidmətləri “Zvartnots” hava limanında, bütün metro stansiyalarında, meriya və Milli Məclisdə bomba təhlükəsi ilə bağlı yoxlama aparır.

ABŞ səfirliyi ABŞ vətəndaşlarını yerli medianı izləməyə, izdihamlı yerlərdən qaçmağa, dostlara və ailəyə təhlükəsizlikləri barədə məlumat verməyə və ətraf mühitdən xəbərdar olmağa çağırıb.

Qeyd edək ki, “Zvartnots” hava limanında və meriyada heç bir partlayıcı qurğu aşkar edilməyib, metroda axtarış işləri davam edir.