Logo
news content
User
Kateqoriyalar

Xəbər

ABŞ dövlət katibi USAID-in bağlandığını elan edib

ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) rəsmi olaraq bağlanır, - ABŞ dövlət katibi Marko Rubio bildirib.

"Yanvardan biz vergiödəyicilərə on milyardlarla dollar qənaət etdik. Əsas proqramların bir dəsti Dövlət Departamentinə ötürüldükdən sonra USAID rəsmi olaraq ləğvetmə rejiminə keçir", - Rubio X sosial şəbəkəsində yazıb.

O əlavə edib ki, ləğvetmə ilə ABŞ inzibati-büdcə idarəsinin direktoru Rassel Vout məşğul olacaq.

USAID 1961-ci ildə Konqres tərəfindən yaradılan və dünyada 10 minə yaxın işçisi olan müstəqil ABŞ hökumət agentliyidir. Bu, ABŞ hökumətinin beynəlxalq yardım üçün əsas bölməsidir. Ötən il yardım alan ilk üçlük Ukrayna, Efiopiya və İordaniya olub.