Logo
news content
User
Kateqoriyalar

Xəbər

ABŞ dövlət katibi Nyu-Yorkda Azərbaycan və Ermənistanın XİN başçıları ilə görüşüb

Nyu-Yorkda ABŞ dövlət katibi Antoni Blinkenin Ermənistan və Azərbaycan xarici işlər nazirləri Ararat Mirzoyan və Ceyhun Bayramov ilə üçtərəfli görüşü başa çatıb.

Bu barədə “Report” Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir.

“Sentyabrın 19-da BMT Baş Assambleyasının 77-ci sessiyası çərçivəsində ABŞ-ın dövlət katibi Antoni Blinkenin vasitəçiliyi ilə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında görüş keçirilib”, - məlumatda deyilir.