Logo
news content
User
Kateqoriyalar

Xəbər

ABŞ Dmitri Kiselyov və “Rossiya Seqodnya”ya qarşı sanksiyalar tətbiq edib

ABŞ Maliyyə Nazirliyi “Rossiya Seqodnya” media qrupuna və onun baş direktoru Dmitri Kiselyova, həmçinin “TV-Novosti” və “Avrasiya” QHT-sinə qarşı sanksiyalar tətbiq edib.

Bu barədə ABŞ Maliyyə Nazirliyinin yazılı açıqlamasında deyilir.

ABŞ Maliyyə Nazirliyi “Rossiya Seqodnya” media qrupu və "TV-Novosti" ilə əməliyyatları noyabrın 13-nədək başa çatdırmaq üçün son tarix qoyub.

“Avrasiya” QHT-nin direktoru Nelli Parutenkoya da məhdudiyyətlər qoyulub.

 

Məsələyə münasibət bildirən ABŞ dövlət katibi Antoni Blinken isə "RT əməkdaşlarının hərbi təchizatla və kəşfiyyat orqanlarına müxtəlif yardımlarla məşğul olduğunu öyrəndik", - deyə bildirib.

Onun sözlərinə görə, telekanalın xüsusi xidmət orqanları ilə əlaqələri var.