Logo
news content
User
Kateqoriyalar

Xəbər

ABŞ-də təyyarə qəzasından sağ çıxan olmayıb

ABŞ-də sərnişin təyyarəsi ilə hərbi helikopterin toqquşmasından sonra sağ qalanların olmadığı ehtimal edilir.

Bu barədə xarici KİV xəbər verir.

“Fövqəladə hallar rəsmiləri Vaşinqton ərazisində “American Airlines” sərnişin təyyarəsi ilə “Black Hawk” hərbi helikopterinin havada toqquşmasından sonra sağ qalanların olmadığını deyirlər”, - mediada qeyd olunub.

ABŞ Prezidenti Donald Tramp da paytaxt Vaşinqtonda təyyarə və helikopterin toqquşması nəticəsində sağ qalanın olmadığını açıqlayıb.

“Təəssüf ki, sağ qalan yoxdur”, – o, Ağ evdə çıxışı zamanı bildirib.

Tramp həmçinin qeyd edib ki, sərnişin təyyarəsinin ekipajı düzgün hərəkət edib: “Vaşinqtondakı qəzaya, əslində, helikopter səbəb olub”.

Xatırladaq ki, əvvəl “American Airlines” şirkətinə məxsus “Bombardier CRJ700” təyyarəsi Vaşinqtonda Reyqan adına Milli Hava Limanı yaxınlığında “Sikorsky H-60 Black Hawk” hərbi helikopteri ilə toqquşduqdan sonra Potomak çayına düşüb. Təcili yardım xidmətinin nümayəndələri hadisədən sonra sağ qalanların olmadığını ehtimal ediblər.

Xatırladaq ki, təyyarənin göyərtəsində 64 nəfər, helikopterdə isə 3 hərbçi olub.