Logo
news content
User
Kateqoriyalar

Xəbər

ABŞ-də sərnişin təyyarəsi helikopterlə toqquşub, azı 19 nəfər ölüb

Vaşinqtonda Reyqan hava limanı yaxınlığında sərnişin təyyarəsi və “Black hawk” hərbi helikopteri havada toqquşub.

Bu barədə ABŞ hərbi hava qüvvələri administrasiyası məlumat yayıb.

“American Airlines” Reyqan hava limanı yaxınlığında qəzaya uğrayan təyyarənin göyərtəsində 60 sərnişin və 4 ekipaj üzvünün olduğunu açıqlayıb. İlkin məlumata görə, hərbi helikopterlə sərnişin təyyarəsinin toqquşması nəticəsində ən azı 19 nəfər həlak olub.

Qəzadan sonra təyyarə hava limanı yanında Potomak çayına düşüb. Məlumata görə, qəza nəticəsində ölənlərin meyiti çaydan çıxarılıb.

Qəzaya görə hava limanı fəaliyyətini müvəqqəti dayandırıb. Qəzaya uğrayan təyyarə Kanzas ştatının Viçita şəhərindən uçuş həyata keçirib.

Artıq ABŞ prezidenti Donald Tramp qəza ilə bağlı məlumatlandırılıb.