Logo
news content
User
Kateqoriyalar

Xəbər

ABŞ-də günahsız şəxs törətmədiyi cinayətə görə 19 il həbsdə yatdı

ABŞ-nin Nyu-York ştatında Kennet Uindli adlı şəxs törətmədiyi soyğunçuluq hadisəsinə görə ömrünün 19 ilini dəmir barmaqlıqlar arxasında keçirib.

"New York Post" nəşri xəbər verir ki, hadisələrin başlanğıcı 2005-ci ilə təsadüf edir. Kennet anası üçün mətbəx plitəsi alarkən ödənişi oğurlanmış pul köçürməsi çeki ilə etdiyi üçün həbs olunub.

Məlum olub ki, sözügedən çek 70 yaşlı Cerald Rossun evindən soyğunçuluq yolu ilə əldə edilib. Cinayətkarlar təqaüdçünü boğaraq ona hücum edib, çeklərini, nağd pulunu və bank kitabçasını ələ keçiriblər.

Uindli həmin çeki endirimlə başqasından aldığını, onun mənşəyindən xəbərsiz olduğunu desə də, ədalət sistemi onun tərəfində olmayıb. Yaşlı zərərçəkən onu soyğunçulardan biri kimi tanıdığını iddia edib və 2007-ci ildə Kennet törətmədiyi cinayətə görə uzunmüddətli həbs cəzasına məhkum edilib.

Ədalət yalnız illər sonra, Uindlinin dostunun tutduğu özəl detektivlərin sayəsində bərqərar olub. Detektivlər əsl soyğunçuları tapmağa nail olublar. Hazırda həbsdə olan cinayətkarlar ifadə verərək Kennetin bu hadisəyə heç bir aidiyyəti olmadığını etiraf ediblər. Nəticədə günahsız şəxs azadlığa buraxılıb.