Logo
news content
User
Kateqoriyalar

Xəbər

ABŞ-dan Ukraynaya növbəti maliyyə yardımı

ABŞ Ukraynaya 1,5 milyard dollar məbləğində maliyyə yardımı ayrıb. Bu, Dünya Bankının Etimad Fondu vasitəsilə ABŞ tərəfindən verilən 4,5 milyard dollarlıq maliyyə yardımının son tranşıdır.

Bu barədə Ukrayna Maliyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, bu vəsait Ukraynada dayanıqlı dövlət idarəçiliyini təmin etmək üçün dövlət xərclərinə dəstək layihəsi çərçivəsində verilib.

Bildirilib ki, maliyyə yardımı pensiya ödənişlərinin və bəzi sosial yardım proqramlarının təmin edilməsi üçün büdcədə nəzərdə tutulan xərclərin ödənilməsinə yönəldiləcək.