Logo
news content
User
Kateqoriyalar

Xəbər

ABŞ-dan Ukraynaya 3,4 milyard dollarlıq HƏRBİ YARDIM

“ABŞ müharibə başlayandan Ukraynaya 3,4 milyard dollar həcmində hərbi yardım edib.

Hərbi yardıma 700-dən çox “Switchblade” mərmisi, 90 haubitsa və 16 Mi-17 helikopteri daxildir”.

Bu barədə Pentaqonun yaydığı məlumatda bildirilib.

Söhbət artıq təhvil verilmiş və ya göndəriləcək silahlardan gedir.

Bundan başqa, hərbi yardım paketinə 1400-dən çox “Stinger” hava hücumundan müdafiə sistemi və 5500-dən çox “Javelin” tank əleyhinə raket kompleksi də daxildir.

Bu silahlar arasında həmçinin 90 ədəd 155 mm-lik haubitsa, 183 min mərmi, MLRS raket sistemləri, yedəkləmək üçün 72 hərbi avtomobillər də var.