Logo
news content
User
Kateqoriyalar

Xəbər

ABŞ-da məktəbdə atışma - 4 ölü, 30 yaralı

ABŞ-nin Corciya ştatının Uinder şəhərində məktəbdə atışma baş verib.

Bu barədə MSNBC telekanalı məlumat yayıb.

Məlumata görə, atışma nəticəsində 4 nəfər ölüb, 30-dan çox adam yaralanıb.

Polis şübhəli şəxsi saxlayıb.

Telekanalın məlumatına görə, Barrou qraflığında bütün məktəblər müvəqqəti bağlanıb, təhlükəsizlik məqsədilə oraya polis əməkdaşları göndərilib.