Logo
news content
User
Kateqoriyalar

Xəbər

ABŞ-da səslər hələ də sayılır

ABŞ Konqresinə 8 noyabr seçkilərinin nəticələri dəqiqləşmək üzrədir.

Seçkilərdə 435 nəfərlik alt qanad – Nümayəndələr Palatası tam yenilənir, 100 nəfərlik yuxarı palatanın – Senatın 35 üzvü müəyyənləşir.

Son hesabata görə, Respublikaçılar Partiyasının Nümayəndələr Palatasında 217, Demokratlar Partiyasının 205 mandatı var.

Senatda demokratların sayı 50 nəfər, respublikaçıların sayı 49 nəfər göstərilir.

ABŞ 50 ştat və 1 federal dairədən ibarətdir. Nümayəndələr Palatasında ştatların təmsilçiliyi əhalinin sayına bağlıdır. Senata hər ştatdan 2 nəfər seçilir. Vitse-prezident Senatın üzvü və sədri sayılır, ancaq səsverməyə yalnız səslər tən bölünən hallarda qatıla bilir.

Paytaxt Vaşinqtonun yerləşdiyi Kolumbiya dairəsinin Konqresdə təmsilçiliyi yoxdur.

2021-ci il yanvarın 20-dən ölkədə prezident postunu Demokratlar Partiyasından Cozef Bayden tutur.