Logo
news content
User
Kateqoriyalar

Xəbər

ABŞ-da on minlərlə sakinin təxliyəsi başlanıb

Kolorado ştatının Boulder dairəsindı güclü külək səbəbindən sürətlənən meşə yanğınları ilə bağlı bir neçə yaşayış məntəqəsinin sakinlərinin təxliyəsi başlanılıb.

Bu barədə ABŞ Milli Meteoroloji Xidmətinin yerli ofisinin "Twitter"də yerləşdirilmiş paylaşımında deyilir.

Təxliyə, xüsusilə, təxminən 21 min nəfərin yaşadığı Luisvil və təxminən 13 min nəfər əhalisi olan Superior yaşayış məntəqələrində həyata keçirilir. By yaşayış məntəqələri Koloradonun paytaxtı Denver şəhəri yaxınlığında yerləşir.

 

Meteoroloqlar axşama doğru küləyin sürətinin azalacağını proqnozlaşdırır. Bununla belə, Denver yaxınlığında küləyin sürəti saniyədə 45 metrə çatıb.