Logo
news content
User
Kateqoriyalar

Xəbər

ABŞ-da Müstəqillik Günündə atışma: 6 ölü, 20-dən çox yaralı

ABŞ-ın Çikaqo yaxınlığındakı İllinoys şəhərində Müstəqillik Günü şərəfinə keçirilən parad zamanı atışma baş verib.

Bu barədə "Chicago Sun-Times" məlumat yayıb.

İnsident parad başlayandan az sonra qeydə alınıb. Baş verən atışmada azı 6 nəfər ölüb, daha 24 nəfər xəstəxanaya yerləşdirilib.

Hücum edən şəxs tək olub. Yerli polis hadisəni şəxsiyyəti hələlik dəqiqləşdirilməmiş, lakin 18-20 yaş arası ağdərili bir oğlanın törətdiyini bildirib.