ABŞ-da koronavirus xəstələrinin karantin müddəti azaldılıb
28 Dekabr 2021
ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Federal Mərkəzləri (CDC) koronavirusa yoluxan insanlar üçün karantin müddətinin azaldılması ilə bağlı yeni tövsiyələr dərc edib.
Trend-in məlumatına görə, koronavirusu simptomsuz şəkildə keçirən şəxslərin karantin müddəti 10 gündən 5 günə qədər azaldılıb. Növbəti 5 gün ərzində həmin şəxslər digər insanların yanında tibbi maskadan istifadə etməli olacaqlar.
Koronavirusa yoluxan şəxslərlə təmasda olan insanlar üçün də karantin müddəti 10 gündən 5 günə qədər azaldılıb. Bu şəxslər də növbəti 5 gün ərzində tibbi maskadan istifadə etməlidirlər.
Bundan əlavə, CDC koronavirusa yoluxan şəxslərlə təmasda olan insanların üçüncü doza ilə peyvənd olunduqları halda karantinə getmələrinin vacib olmadığı tövsiyəsini verib. Daha əvvəl bu tövsiyə ikinci doza ilə peyvənd olunanlara da aid idi, lakin artıq iki doza ilə peyvənd olunanlar təmasdan sonra karantindən keçməlidirlər.