Logo
news content
User
Kateqoriyalar

Xəbər

ABŞ-da inflyasiya 40 illik maksimuma çatdı - SƏBƏB

Mayda ABŞ-da inslyasiya 0,3% artaraq 8,6%-ə yüksəlib ki, bu da 1981-ci ildən sonra ən yüksək göstəricidir.

Bu barədə ABŞ-ın Əmək Departamenti məlumat yayıb.

Qurumun hesabatında göstərilir ki, bahalaşma bütün sektorları əhatə edib. Ən ciddi bahalaşma yanacaq, ərzaq və mənzil qiymətlərində qeydə alınıb. İl ərzində enerji daşıyıcılarının qiyməti 34,6% bahalaşaraq 2005-ci ildən sonra ən yüksək həddə çatıb.

Ölkədə 1 qalon benzinin (4,55 litr) qiyməti 5 dollar olub. Bu da illik əsasda təxminən 62% artım deməkdir. Ötən ilin iyununda 1 qalon benzin 3,07 dollar idi.

Ekspertlər bahalaşmanı başlıca olaraq Ukrayna münaqişəsi ilə izah edirlər.