Logo
news content
User
Kateqoriyalar

Xəbər

ABŞ-da əkiz qüllələr belə dağılıb: Heç yerdə yayımlanmayan kadrlar - VİDEO

2001-ci il sentyabrın 11-də ABŞ-nin Nyu-York şəhərində törədilən terror aktları zamanı əkiz qüllələrin necə dağıldığına dair yeni detallı kadrlar ortaya çıxıb.

Bu barədə RT "Telegram" kanalı bildirir.

Məlumata görə, bu, əvvəllər heç yayımlanmayan videokadrlardır. Görüntülər yapon fotoqraf Key Sukimoto tərəfindən peşəkar kamera ilə lentə alınıb.

Xatırladaq ki, həmin gün "Əl-Qaidə" terror təşkilatının üzvləri 4 sərnişin təyyarəsini qaçırmışdılar. Təyyarələrdən ikisi ticarət mərkəzinin qüllələrinə, biri Pentaqonun binasına çırpılmış, dördüncüsü isə Pensilvaniyada qəzaya uğramışdı.