Logo
news content
User
Kateqoriyalar

Xəbər

ABŞ-da atışma nəticəsində 3 nəfər ölüb

Vaşinqtonda naməlum şəxslər kütləyə atəş açıb, 3 nəfər ölüb, 3 nəfər yaralanıb.

APA-nın “NBC Washington” telekanalına istinadən verdiyi məlumata görə, hadisə dünən axşam saatlarında ABŞ paytaxtının şimal-qərbində baş verib.

Naməlum şəxslər avtomobildən yaxınlıqdakı insanlara atəş açıb, daha sonra hadisə yerindən qaçıblar.

Cinayətkarları tapmaqda kömək edəcək şəxslərə 75 min dollar mükafat ayrılıb.