Logo
news content
User
Kateqoriyalar

Xəbər

ABŞ-da 87 yaşlı sürücü bir qrup məktəblini vurub, ölən və yaralılar var

ABŞ-ın Kaloforniya ştatında 87 yaşlı sürücünün törətdiyi qəzada 9 yaşlı qız ölüb, daha 3 uşaq isə yaralanıb.

Hadisə Desert-Hot-Sprinqs şəhərində baş verib.

 

“Cadillac” markalı avtomobili idarə edən 87 yaşlı kişinin idarə etdiyi maşın əvvəlcə arxadan məktəbliləri daşıyan avtobusa çırpılıb. Sonra avtomobil dörd məktəblinin getdiyi səkiyə çıxaraq onları vurub.

Hadisə nəticəsində 9 yaşlı qız aldığı xəsarətlərdən yerindəcə keçinib, 8 yaşlı oğlan və 11-12 yaşlarında iki qız xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Sürücü “qəsdən adam öldürmək” maddəsi ilə şübhəli bilinərək həbs edilib.

Faciənin başvermə səbəbləri araşdırılır.(APA)