Logo
news content
User
Kateqoriyalar

Xəbər

ABŞ bayraqdan "Allah" sözünü sildi, İran FİFA-ya şikayət etdi

İran futbol federasiyası FİFA-ya göndərdiyi email-də ABŞ futbol federasiyasının İran bayrağının görünüşünü dəyişdirməsini pisləyib

ABŞ futbol federasiyasının instaqram səhifəsi  “Allah” simvolunu İran bayrağından silməsi, İran tərəfinin etirazına səbəb olub.

İranın futbol federasiyası FİFA-ya göndərdiyi email-də Beynəlxalq Futbol Federasiyasının ABŞ futbol federasiyasına xəbərdarlıq etməsi və bu federasiya ilə ciddi davranmasını tələb edib.

Qətərdə keçirilən futbol üzrə dünya çempionatının davamında İran və Amerikanın yığma komandaları çərşənbə axşamı günü qarşılaşacaqlar.

İran tərəfi qeyd edir ki, Beynəlxalq Futbol Federasiyası- FİFA-nın əsasnaməsinin on üçüncü fəslinin birinci bəndinə əsasən, hər bir şəxs və ya orqan, federasiyaya üzv ölkələrdən birinin dini və milli nişanələrinə hörmətsizlik və təcavüz edərsə, minimum on oyun keçirməkdən məhrum olacaq. (İslamazeri.com)