Logo
news content
User
Kateqoriyalar

Xəbər

ABŞ: Azərbaycan və Ermənistanın XİN başçıları danışıqları sürətləndirməyə razılaşıblar

Azərbaycan və Ermənistanın xarici işlər nazirləri danışıqları sürətləndirmək barədə razılığa gəliblər".

Bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib.

Prays bildirib ki, tərəflər növbəti həftələrdə görüşü birbaşa dialoq yolu ilə davam etdirmək barədə razılığa gəliblər.

Xatırladaq ki, noyabrın 7-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və ermənistanlı həmkarı Ararat Mirzoyan arasında geniş tərkibli görüş baş tutub. Eyni zamanda tərəflər ABŞ dövlət katibi Entoni Blinkenin iştirakı ilə üçtərəfli görüşə qatılıblar.